Azərbaycanda yaşayış minimumunun məbləği təsdiq olundu

Azərbaycanda yaşayış minimumunun məbləği təsdiq olundu
17:52 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra yaşayış minimumunun məbləği birinci oxunuşda təsdiq olunub.

Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/802048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR