Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi
17:57 13 Noyabr 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/802042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR