Su çənlərinin təhlükəsi: insanların həyatı risk altındadır - VİDEO

Su çənlərinin təhlükəsi: insanların həyatı risk altındadır - VİDEO
18:12 13 Noyabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Suyun fasilələrlə verildiyi ərazilərdə sakinlər tərəfindən binaların damında müxtəlif tutumlu ehtiyat su çənləri quraşdırılır. Amma çox təəssüf ki, bu çənlərin vaxtı-vaxtında təmizlənməməsi həm suyun tərkibinə, həm də keyfiyyətinə çox mənfi təsir göstərir. Və bu, həm də insanların sağlamlığı üçün çox böyük təhlükədir.

Milli.Az bildirir ki, məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Bakıda hələ də bəzi yaşayış məntəqələrində su çənlərindən istifadə edilir. Lakin diqqət çəkən məqam budur ki, həmin dəmir, plastik çənlər bəzən illərlə təmizlənmir. Digər tərəfdən müxtəlif hava şəraitləri də çənlərə təsir edir ki, xüsusən günəş şüaları suyun tərkibinin dəyişməsinə səbəb olur.

Ziyəddin Kazımov - GEM-in şöbə müdiri: "Uzun illər həmin o ehtiyat su çənləri istər plastmas su çənləri, istərsə də dəmirdən hazırlanmış su çənləri uzun müddət dezinfeksiya olunmadığına görə, bu insanlarımız arasında, əlbəttə, kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin yayılmasına səbəb ola bilər".

Mütəxəssislər vətəndaşlara çənin içərisində suyu 1 gündən artıq saxlamamağı, eləcə də ən azı ildə 1 dəfə su çənlərini təmizləməyi tövsiyə edirlər.

Ziyəddin Kazımov - GEM-in şöbə müdiri: "Bu çənlər mütləq nəzarətdə olmalıdır. Vətəndaşlar tərəfindən ərazi gigiyena mərkəzlərinə və dezinfeksiya şöbələrinə müraciət olunmalıdır. Ərazi su-kanal idarələrinə müraciət olunmalıdır ki, onların yuyulub-təmizlənməsi üçün şərait yaradılsın".

Anar Cəbrayıllı - "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri: "Biz 81.5 faiz əraziyə fasiləsiz su veririk. Amma insanların bəzisi hələ də çəndən imtina etməyib. O çənləri yığır, ehtiyat saxlanır. Hər hansı bir qəza baş verdikdə planlı fasilə olanda o çənlərdən istifadə edir. Bunlar ildə ən azı 1 dəfə yuyulub dezinfeksiya olunmalıdır. Çünki bu gun bizim mənbələrdən verdiyimiz suyun keyfiyyəti tam standartlara uyğundur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/801995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR