KOB-lar Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində (FOTO)

KOB-lar Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində (FOTO)
18:29 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kiçik və orta sahibkarlar noyabrın 13-də Bakı Ekspo Mərkəzində öz işinə başlamış 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində ("Caspian Ecology 2019") məhsul və xidmətlərini təqdim edirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, Agentliyin təşkilatçılığı, “bp” və “Paşa Holdinq”in dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə sahibkarlar soyuq sıxma üsulu ilə hazırlanmış orqanik bitki yağları, ekoloji çantalar, təkrar emal məhsulları, alternativ enerji vasitələri, su və külək turbinləri, günəş batareyaları, ekoloji təmiz qida məhsulları, meyvə quruları, çaylar və s. məhsullar təqdim edirlər.

KOB-ların təqdim etdiyi məhsullar sərgini ziyarət edən yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.

KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə Agentlik müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində KOB-lara dəstək göstərir ki, bunlardan biri də sahibkarların ixtisaslaşmış sərgilərdə iştirakının təmin edilməsidir. Bu dəstək çərçivəsində KOB-lar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edir, satış imkanlarını genişləndirir, yeni biznes əlaqələri qururlar.

"Caspian Ecology 2019" Sərgisi noyabrın 15-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3148219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR