Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb (VİDEO)

Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb (VİDEO)
18:50 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Las-Veqasdan Pepper humanoid robotu
Robot balıqlar
Dünyaca məşhur Robot rəssam
Müxtəlif Sumo, Güləş və Dron yarışları
Kosmo zonası
6 metrlik uçan astronavt
Və ən nəhayət hamının sevimlisi Robot pianoçu

20-dən çox interaktiv zona və robotları görmək istəyənlər, https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.

Biletlər yalnız “Robopark” üçün və yalnız 5 və 6 dekabr tarixlərində keçərlidir.

Expo mərkəzinə daxil olmaq üçün biletin çap versiyasını təqdim etmək vacibdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3148139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR