Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb
18:57 13 Noyabr 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində birinci oyununu keçirib.
"Report"un məlumatına görə, Vüqar Məmmədin baş məşqçisi olduğu komanda Yunanıstanla üz-üzə gəlib. Yunanıstanın Patra şəhərindəki “Papacharalambio Ethniko” stadionunda keçirilən qarşılaşma Azərbaycan millisinin 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yığmanın heyətində yeganə qolu 62-ci dəqiqədə Berkay Vardar vurub.
Qeyd edək ki, U-17 noyabrın 16-da Almaniya, noyabrın 19-da isə Qazaxıstanla qarşılaşacaq. 9-cu qrupun oyunları Yunanıstanda keçirilir. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisi-secme-merheleye-meglubiyyetle-basladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR