AFFA Premyer Liqa klublarını cərimələdi

AFFA Premyer Liqa klublarını cərimələdi
19:17 13 Noyabr 2019
92 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 11-ci turunda  baş verənlər müzakirə olunub.

"Keşlə" - "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

"Qəbələ" - "Səbail" matçının 80-ci dəqiqəsində qonaqların futbolçusu Əli Sadıxov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Sabah" - "Sumqayıt" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 59-cu dəqiqəsində "Sumqayıt" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

"Qarabağ" - "Zirə" matçında "Zirə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Təcili tibbi yardım əməkdaşı oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 400 manat cərimə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/801986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR