İŞİD-in daha bir önəmli üzvü zərərsizləşdirildi - Süleyman Soylu

Türkiyənin təhlükəsizlik qüvvələri Suriyada İŞİD terror təşkilatının daha bir önəmli üzvünü zərərsizləşdirib.

Metbuat.az xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bu barədə açıqlama verib. O bildirib ki, kəşfiyyat məlumatları əsasında terrorçunun yeri müəyyən edilib və o sağ ələ keçirilib.

Soylu yaxın günlərdə FƏTÖ terror təşkilatı ilə mübarizədə önəmli əməliyyatlar həyata keçirələcəyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusu İŞİD-in keçmiş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşını, qızını və onun uşaqlarını zərərsizləşdirib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR