"Mançester Siti"nin futbolçusu komanda yoldaşı ilə zarafat etdiyi üçün bir oyunluq cəzalanıb

"Mançester Siti"nin futbolçusu komanda yoldaşı ilə zarafat etdiyi üçün bir oyunluq cəzalanıb
19:32 13 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə Futbol Assosiasiyası "Mançester Siti"nin futbolçusu Bernardo Silvanı bir oyunluq cəzalandırıb.
 "Report" BBC-yə istinadən xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin komanda yoldaşı Benjamin Mendi ilə ilə bağlı zarafat etməsi səbəb olub. Silva 50 min funt sterlinq məbləğində də cərimələnib. 
Portuqaliyalı oyunçu "Twitter"də Mendinin uşaqlıq şəklini İspaniyanın şokolad şirkənin maskotu ilə birlikdə paylaşıb. Fransalı müdafiəçi zarafata zarafatla reaksiya versə də, "Twitter" istifadəçiləri Silvanı irqçilikdə ittiham edərək tənqid ediblər. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/komanda-yoldasi-ile-zarafat-etdiyi-ucun-bir-oyunluq-cezalandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR