BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
19:37 13 Noyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah əl-Matuq Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, o, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.
Səfər çərçivəsində Abdullah əl-Matuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.
Görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bmt-bas-katibinin-xususi-numayendesi-azerbaycana-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR