Şəmkirdə iki qəbirstanlıqda CİNAYƏT - Saxlanılanlar var

Şəmkirdə iki qəbirstanlıqda CİNAYƏT - Saxlanılanlar var
19:42 13 Noyabr 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon ərazisindəki qəbiristanlıqdakı məzarlardan birinin üzərinə quraşdırılmış güldanı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Əsədov, C.Xəlilov və Şəmkir rayon sakini N.Cəlilov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların oktyabrın 28-də Dəllər-Cəyir kənd qəbiristanlığında daha bir məzarın kənarına quraşdırılmış 2 ədəd güldanı oğurlamaları da müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/802014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR