Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü

Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü
20:08 13 Noyabr 2019
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Quba sakini evində dəm qazından boğulub ölüb.

Trend-in məlumatına görə, hadisə rayonun T.Əhmədov küçəsi 21 saylı evdə baş verib.

Həmin evdə yaşayan, 1964-cü il təvəllüdlü Cəbrayılov Mirzəbaba Əbülfəz oğlu gecə yuxuda olarkən kustar üsulla hazırlanmış sobadan dəm qazı evə dolub. Nəticədə M.Cəbrayılov qazdan boğularaq ölüb.

Onun meyiti gecə saatlarında oğlu tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3148246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR