Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi

Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi
20:17 13 Noyabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukraynanın Enerqodar şəhərində Azərbaycan vətəndaşı yaşayış icazəsi almaq üçün Miqrassiya İdarəsinə müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı sənəd qismində, sadəcə, Azərbaycandan aldığı doğum haqqında şəhadətnaməni təqdim edib və başqa sənədi olmadığını bildirib.

Onun 1981-ci ildə doğulmasına baxmayaraq, sənədin 1973-cü ilə aid olduğu müəyyən olunub.

Saxta sənəd istifadə etdiyinə görə Azərbaycan vətəndaşı cərimə ödəməyə məcbur edilib və Ukraynadan deportasiya olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/801988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR