OPEC 2020-ci ildə neft hasilatına dair qeyri-OPEC ölkələrinin proqnozunu azalda bilər

OPEC 2020-ci ildə neft hasilatına dair qeyri-OPEC ölkələrinin proqnozunu azalda bilər
21:32 13 Noyabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

OPEC 2020-ci ildəki neft hasilatına dair bu təşkilatın üzvü olmayan ölkələrin proqnozunu əhəmiyyətli dərəcədə azalda bilər.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ADİPEC neft konfransındakı nitqində OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.
“Çox güman ki, 2020-ci ildə qeyri-OPEC ölkələrində, xüsusilə də ABŞ-ın şistli hövzələrində hasilata dair kəskin dəyişiklik olacaq”, - deyən baş katib daha çox ABŞ ilə Çin arasında ilkin ticarət sazişi imzalanması təqdirdə, neftə tələbatın artımına dair proqnozun yüksəlməsini də mümkün sayıb.
OPEC-in uzunmüddətli proqnozuna əsasən, neftə gündəlik tələbat 2019-cu ildə 99,9 milyon barel, 2020-ci ildə 101 milyon barel, 2023-cü ildə isə 103,9 milyon barel olmalıdır.
Bundan əvvəl isə OPEC inkişaf etmiş ölkələrdə tələbatın 2040-cı ilədək 9,6 milyon barel azalacağını, inkişafda olan ölkələrdə isə 21,4 milyon barel artacağını açıqlamışdı.
OPEC-in proqnozuna görə, tələbatın artımı 2018-ci ildəki gündəlik 1,4 milyon bareldən gələn onilliyin sonunda 0,5 milyon barelədək azalacaq, 2040-cı ildə isə sıfırlanacaq. Buna səbəb kimi həm əhali sayının, həm də dünya ÜDM-nin artımının zəifləməsi, habelə enerji səmərəsinə dair qaydaların sərtləşməsi və texnoloji tərəqqi göstərilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-2020-ci-ilde-neft-hasilatina-dair-qeyri-opec-olkelerinin-proqnozu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR