Yük kranı aşdı, sürücü yaralandı

Yük kranı aşdı, sürücü yaralandı
21:42 13 Noyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuzda qaldırıcı kranın aşması sürücünün yaralanması ilə nəticələnib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndi ərazisində baş verib.

Belə ki, Qax rayon sakini, 1955-ci il təvəllüdlü Otaraşvili Zauri Qriqoryeviç idarə etdiyi "Kamaz" markalı kranın aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan 64 yaşlı Z.Otaraşviliyə ilkin yardım göstərilib, müayinə aparılır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/802078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR