Ağcabədidə mağazadan oğurluq edilib

Ağcabədidə mağazadan oğurluq edilib
21:52 13 Noyabr 2019
187 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda oğurluq hadisəsi baş verib.
“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayon sakini Orxan Rzayev ona məxsus mağazadan naməlum şəxs və yaxud şəxslər tərəfindən oğurluq edildiyini bildirib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, oğurluq hadisəsini Xəyal Qurbanov edib.
O, ilkin ifadəsində törətdiyi əməli etiraf edərək mağazadan gecə saatlarında siqaret və digər əşyalar oğurladığını bildirib. X. Qurbanov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-magazadan-ogurluq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR