Uşağın immunitetini gücləndirmək üçün nə etməli? - Tanınmış pediatrdan SADƏ TÖVSİYƏ

Uşağın immunitetini gücləndirmək üçün nə etməli? - Tanınmış pediatrdan SADƏ TÖVSİYƏ
22:32 13 Noyabr 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış ukraylanı pediatr Evgeniy Komarovskiy uşaqların immun sistemini möhkəmləndirmək üçün bəzi tövsiyələr verib.

Həkimin sözlərinə görə, apteklərdə satılan çoxlu sayda "immunitet dərmanları" heç bir işə yaramır: "İnsanın ümumi immunitetini möhkəmləndirmək mümkün deyil və bunun üçün heç bir preparat yoxdur və ola da bilməz. Bəli, hər hansı konkret infeksiyaya qarşı immuniteti möhkəmləndirmək mümkündür. Bunun üçün vaksinasiya (peyvəndlər) mövcuddur. Vaksinasiya uşaqları bir neçə infeksiyadan (məsələn, epidemik parotin, qızılca, məxmərək) qoruya bilər. Lakin immuniteti dünyada olan bütün infeksiya, virus və mikroblara qarşı hər hansı bir dərmanla gücləndirmək real deyil."

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, uşaqların tez-tez xəstələnməsi normaldır və bu da onların immuniteti məşq etdirir. Uşağın tez-tez xəstələnməyi zəif immunitetidən xəbər vermir. Lakin əgər uşaq uzun müddət ərzində sağalmır, adi soyuqdəymə hər dəfə müxtəlif ağırlaşmalar (angina, ağciyər iltihabı və s.) verirsə, bu o deməkdir ki, uşağın immunitetini gücləndirmək lazımdır. Ancaq bu halda da dərman deyil, düzgün qidalanma, rejim, açıq havada gəzintilər, normal yuxu, idman kömək edəcək.

Həmçinin Komarovskiy qeyd edib ki, yaxşı immunitetin vacib qaydası bağırsaqların normal işləməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/801868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR