"Tibbi göbələklər" faydalıdır, immuniteti möhkəmlədir - ALİMLƏR

"Tibbi göbələklər" faydalıdır, immuniteti möhkəmlədir - ALİMLƏR
22:42 13 Noyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Əsrlərdir şərq təbabətində istifadə edilən reyşi, meytake, şitake adlı göbələklər hətta xərçəngə qarşı belə effektiv hesab olunur. 

Dünyada bu göbələklərdən müxtəlif BAD-lar satılır və immuniteti möhkəmləndirməsi barədə reklam olunur. Lakin bütün bunların elmi-tibbi sübutu yox idi.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Avstraliya Universitetinin alimləri laboratoriyada məhz bu göbələklərin insan qanında yaratığıdı dəyişiklikləri izləyib. Məlum olub ki, bu göbələk ekstraktlarından kokteyl makrofaq və immun hüceyrələrin aktivliyini artırır, təhlükəli mikrob və bakteriyaları zərərsizləşdirir.

Bu göbələyin qəbulundan sonra qanda çitokinlərin qəfil yüksəlməsi müşahidə olunub. Bu da immun sistemin stimulyasiyası deməkdir. 

Bununla qədim şərq təbabəti və Çin təbabətinin bu göbələklərdən xəstəliklərin müalicəsində istifadəsinin əsassız olmadığı sübut olundu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/801848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR