SON DƏQİQƏ: Ərdoğan-Tramp görüşü başa çatdı - İLK FOTOLAR

SON DƏQİQƏ: Ərdoğan-Tramp görüşü başa çatdı - İLK FOTOLAR
23:08 13 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə keçirilən görüş başa çatıb.

Publika.az xəbər verir ki, Dəyirmi Ofisdə baş tutan görüş 1 saat 15 dəqiqə çəkib.

Liderlər arasında müzakirələrdən və ortaq mətbuat konfransından sonra heyətlərarası toplantı keçiriləcək. Bu görüşə Konqres senatorları da qatılacaq. Onlar arasında erməni soyqırımına yüksək dəstək verən Lindsi Qrahamın da olacağı gözlənilir.
Daha sonra Ərdoğan ABŞ-da yaşayan türk vətəndaşlarla görüşəcək.

Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Maliyyə naziri Berat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar, Ticarət naziri Ruhsar Pekcan, Rabitə naziri Fəxrəddin Altun və mətbuat katibi İbrahim Kalın, həmçinin, AKP üzvləri müşayiət edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/296054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR