SON DƏQİQƏ: cəbhə xəttindəki hərbi hissədə ARDICIL PARTLAYIŞLAR - Yaralılar var

SON DƏQİQƏ: cəbhə xəttindəki hərbi hissədə ARDICIL PARTLAYIŞLAR - Yaralılar var
00:58 14 Noyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şanlıurfa şəhərində yerləşən 20-ci Zirehli Tuqay Komandanlığında partlayış meydana gəlib.

Publika.az xəbər verir ki, komandanlığın sursat anbarında baş verən hadisə zamanı 5 nəfər yaralanıb.

Şanlıurfa Valisi Abdulla Erin yaralıların mühafizəçi olduğunu deyib və vəziyyətlərini qənaətbəxş kimi dəyərlənidirib. Valilikdən verilən rəsmi açıqlamada iki ardıcıl partlayışın olduğu və yaralıların sayının 9-a çatdığı qeyd edilib.

Hadisə yerinə yanğınsöndürən briqada və təcili tibbi yardım cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/296070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR