ABŞ-da Ərdoğanla Tramp mətbuat konfransı keçirir

ABŞ-da Ərdoğanla Tramp mətbuat konfransı keçirir
01:32 14 Noyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş başa çatıb.
“Report” xəbər verir ki, ikitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Daha sonra hər iki dövlət başçısı mətbuat konfransı keçirib.
Konfransda çıxış edən D. Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və strateji tərəfdaşıdır. O, türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini bildirib.
“Ərdoğan ilə məhsuldar görüş keçirdik. Türkiyə və Amerika rəsmiləri “F-35” məsələsinin həlli üçün çox çalışırlar”.
R.T. Ərdoğan isə gündəlikdə duran məsələlərlə bağlı səmimi danışıqlar apardığını bildirib: “ Terror təşkilatı İŞİD ilə mübarizənin əhəmiyyətini vurğuladıq. Hər ikimiz milli təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiq etdik”.

***22:05 - 13:11:2019
ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü başlayıb. 
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.
R.T. Ərdoğan “Şərəf Kitabı”na imza atdıqdan sonra həmkarı ilə danışıqlar aparmaq üçün Oval Ofisə gedib.
Prezident Donald Tramp Türkiyə Prezidentinin ölkəsinə səfərindən məmnun olduğunu bildirib. O, Suriya məsələsinə toxunaraq həmin bölgədə atəşkəsin davam etdiyini bildirib:
“Bildiyiniz kimi əsgərlərimizi geri çəkmişdik. Düşünürəm ki, artıq digər insanların sərhədləri üçün narahat olmamalıyıq və öz sərhədlərimizi düşünməliyik. Türkiyə Prezidentilə çox yaxın və uzun müddətdir dostuq, bir-birimizi çox yaxşı başa düşürük. Eyni zamanda problemlərimizi də yaxşı anlayırıq. Qeyd etdiyimiz bölgədə Türkiyədən bir çox insan həlak oldu. Bu istiqamətdə addımlar atmalıyıq”.
Türkiyə Prezidenti Ərdoğan isə görüşdən sonra təşkil olunacaq mətbuat konfransında danışıqlar barədə ətraflı məlumat veriləcəyini bildirib. Protokola uyğun olaraq, görüşün iki saat davam etməsi nəzərdə tutulur.
Qeyd edək ki, iki ölkənin dövlət başçıları ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. R.T.Ərdoğan və D.Tramp görüşün sonunda geniş mətbuat konfransı keçirəcəklər.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-erdoganla-tramp-metbuat-konfransi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR