Ərdoğan: "Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir"

Ərdoğan: "Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir"
02:07 14 Noyabr 2019
194 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş başa çatıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ikitərəfli görüş 1 saat 15 dəqiqə davam edib. Daha sonra hər iki dövlət başçısı mətbuat nümayəndələrinin qarşısına çıxıblar.
Konfransda çıxış edən D. Tramp bildirib ki, Türkiyə ABŞ-ın NATO-dakı müttəfiqi və strateji tərəfdaşıdır. O, türkiyəli həmkarı ilə Suriya məsələsini ətraflı müzakirə etdiyini bildirib.
“Ərdoğan ilə məhsuldar görüş keçirdik. Türkiyə və Amerika rəsmiləri “F-35” məsələsinin həlli üçün çox çalışırlar”.
R.T. Ərdoğan isə gündəlikdə duran məsələlərlə bağlı səmimi danışıqlar apardığını bildirib: “ Terror təşkilatı İŞİD ilə mübarizənin əhəmiyyətini vurğuladıq. Hər ikimiz milli təhlükəsizliyimizi təhdid edən terror təşkilatları ilə mübarizə mövzusunda qarşılıqlı iradəmizi təsdiq etdik. “S-400” hava hücumundan müdafiə sistemləri və “F-35” proqramı ilə bağlı qarşılaşdığımız problemləri isə yalnız dialoq vasitəsilə həll edə bilərik”.
Ərdoğan bildirib ki, bu gün Türkiyədəki həbsxanalarda, eləcə də Suriyanın Türkiyə tərəfindən nəzarətində olan bölgələrindəki saxlama təcridxanalarında təxminən 2200 İŞİD yaraqlısı saxlanılır:
“Türkiyə ABŞ-la münasibətlərdə yeni bir səhifə açmaq əzmindədir. Ankara ilə Vaşinqton yaxın tərəfdaşdır. PKK terrorçularına rəğbət bəsləyən bəzi dairələr Suriyanın şimal-şərqindəki Türkiyə-Amerika razılaşmalarından narahatdır. Biz Suriya böhranının uzunmüddətli həlli naminə ABŞ-la razılaşmalara sadiqik. Odur ki, hər iki ölkə İŞİD təhlükəsini tamamilə məhv etmək üçün birgə səy göstərə bilər. Ölkələrimiz Suriyada sülhə və sabitliyə töhfə verir”.



***22:05 - 13:11:2019
ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü başlayıb. 
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.
R.T. Ərdoğan “Şərəf Kitabı”na imza atdıqdan sonra həmkarı ilə danışıqlar aparmaq üçün Oval Ofisə gedib.
Prezident Donald Tramp Türkiyə Prezidentinin ölkəsinə səfərindən məmnun olduğunu bildirib. O, Suriya məsələsinə toxunaraq həmin bölgədə atəşkəsin davam etdiyini bildirib:
“Bildiyiniz kimi əsgərlərimizi geri çəkmişdik. Düşünürəm ki, artıq digər insanların sərhədləri üçün narahat olmamalıyıq və öz sərhədlərimizi düşünməliyik. Türkiyə Prezidentilə çox yaxın və uzun müddətdir dostuq, bir-birimizi çox yaxşı başa düşürük. Eyni zamanda problemlərimizi də yaxşı anlayırıq. Qeyd etdiyimiz bölgədə Türkiyədən bir çox insan həlak oldu. Bu istiqamətdə addımlar atmalıyıq”.
Türkiyə Prezidenti Ərdoğan isə görüşdən sonra təşkil olunacaq mətbuat konfransında danışıqlar barədə ətraflı məlumat veriləcəyini bildirib. Protokola uyğun olaraq, görüşün iki saat davam etməsi nəzərdə tutulur.
Qeyd edək ki, iki ölkənin dövlət başçıları ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. R.T.Ərdoğan və D.Tramp görüşün sonunda geniş mətbuat konfransı keçirəcəklər.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/erdogan-turkiye-abs-la-munasibetlerde-yeni-bir-sehife-acmaq-ezminded

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR