“Brent”markalı neftlə bağlı PROQNOZ: 2020-ci ildə...

“Brent”markalı neftlə bağlı PROQNOZ: 2020-ci ildə...
03:08 14 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

“Brent” markalı neftin qiyməti ilə bağlı 2019-cu il üçün proqnoz 63,37 dollar/bareldən 63,59 dollar/barelə yüksəldib.

Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, 2020-ci il üçün “Brent” markalı neftin orta qiymət proqnozu 60,01 dollar/barel olaraq müəyyən edilib.

Hesabatda qeyd olunub ki, “WTI” markalı neft üçün 2019-cu ilin orta qiymət proqnozu 56,45 dollar, 2020-ci il üçün isə 54,06 dollar ehtimal edilir.

EIA hesab edir ki, 2020-ci ildə neftin qiyməti 2019-cu ilə nisbətən daha aşağı olacaq. Buna səbəb ilin ilk yarısında xam neftə olan tələbatın artması olacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/enerji/296059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR