Aktyor yenidən doğma səhnəyə qayıtdı (FOTO)

Aktyor yenidən doğma səhnəyə qayıtdı (FOTO)
03:15 14 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən mövsümün sonu istedadlı aktyor, Sumqayıt Dövlət Dram Teatrının repertuarında yer tutan tamaşalarda özünəməxsus obrazlar yaratmış Yalçın Səlimov uğurlu əməliyyatdan sonra doğma kollektivə, səhnəyə qayıdıb.

Trend-in məlumatına görə, nəhayət uzunmüddətli fasilədən sonra səhnədə - Abdulla Şaiqin “Qaraca qız” tamaşasında öz sevimli obrazını canlandırdı. Bu sevindirici hadisəni teatrın texniki və yaradıcı heyəti xüsusi təntənə ilə qeyd etməyə qərar verdi.

Tamaşanın sonunda səhnəyə aktyorun şərəfinə xüsusi hazırlanmış tort gətirildi. Teatrın direktoru əməkdar artist Mübariz Həmidov da bu xoş anlarda kollektivimizin yanında oldu. “Hər zaman olduğu kimi bu dəfə də hörmətli Mehriban xanımın mədəniyyətə, ictimaiyyətə, bu sferada çalışan insanlara qarşı nə qədər həssas yanaşdığının bir daha şahidi olduq” deyə Mübariz Həmidov qeys etdi. Teatr rəhbərliyi istedadlı bir insanın yenidən həyata qayıtmasına vəsilə olmuş hərmətli Mehriban xanıma təşəkkürünü vurğuladı. Həmçinin teatra və yaradıcı insanlara ayrı-ayrılıqda hər zaman dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Sumqayıt şəhər icra hakimiyyətinə kollektiv adından minnətdarlıq etdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3148372.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR