Rusiyada 4 tələbə yoldaşını öldürən şəxs intihar edib

Rusiyada 4 tələbə yoldaşını öldürən şəxs intihar edib
07:27 14 Noyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində silahlı insident baş verib.
“Report” REN TV-yə istinadən xəbər verir ki, hadisə İnşaat və Kommunal Kollecində baş verib.
Belə ki, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub. 
Buna əsəbləşən tələbə yenidən otağa girərək tələbə yoldaşlarına atəş açıb. Nəticədə dörd nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.
Atəş açan şəxsin özü isə intihar edib. 
Hazırda hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyada-4-telebe-yoldasini-olduren-sexs-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR