Müxtəlif sahədən olan liderlərin streslə mübarizə yolları

Müxtəlif sahədən olan liderlərin streslə mübarizə yolları
08:37 14 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Analitiklərə görə, amerikalıların demək olar ki, 95%-i işdə stress yaşayır. Beynəlxalq streslə mübarizə həftəsi çərçivəsində Business Insider  Bill Gates, Oprah Winfrey və Michelle Obama kimi müxtəlif sahələrdən olan liderlərin bu vəziyyətdən qurtulmaqla bağlı məsləhətlərini bölüşüb.

Layihələri idarəetmə və birgə fəaliyyət xidməti "Wrike" amerikan şirkətlərinin 1,6 min əməkdaşı arasında sorğu keçirib və müəyyən edib ki, iştirak edənlərin  94% -i işdə stres yaşayır.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, Busines Insider bəzi informasiya texnologiyaları nəhənglərinin, siyasətçilərin və sənaye liderlərinin məsləhətlərindən ibarət siyahı hazırlayıb:

Bill Gates

Gates,  streslə mübarizə texnikasını öz dostu milyarder Warren Buffett-dən öyrənib. Əsas rahatlıqdır.

Microsoft-un qurucusu deyib: " Buffett-in həqiqətən əhəmiyyətli olanlar üzərində işləməsi, gələcək işlərin əsasını qoyması çox heyrətləndiricidir. O, bir dahidir".

Jeff Bezos

Amazonun baş direktoruna isə streslə mübarizədə nəzarət kömək olur. Onun fikrincə, narahatlığın mənbəyini aradan qaldırmaq üçün heç bir tədbir görülmədiyi hallarda həyəcan olur.

Bezos izah edib: " Stresdə olduğumu görəndə ilk öncə telefonla zəng edir, ismarıc göndərir və ya  problemi həll etməyə başlamaq üçün daha nələrsə edirəm. Hətta dərhal həll edilməsə belə, həll etməyə cəhd faktının özü də artıq stressin səviyyəsini xeyli azaldır".

Michelle Obama

"İdman mənim üçün çox vacibdir - sanki terapiyadır. Emosional gərginlik hiss edən kimi iPod-u da götürüb rəfiqələrimlə idman zalına yollanır və ya  Miçiqan gölü boyunca velosiped sürürəm" - deyə,  ABŞ-ın 44-cü prezidenti Barak Obama-nın həyat yoldaşı Michelle Obama məsləhət verir.

Tim Cook

Apple-ın baş direktoru bu məsələdə Michelle Obama ilə həmfikirdir. Tim Cook çoxdandır ki, gündəlik idman təlimlərini öz rejiminin tərkib hissəsinə çevirib.

" Mən gecə saat dörddən bir qədər tez yuxudan durub ilk öncə şirkətimin məhsullarından istifadə edənlərin rəylərinə göz gəzdirirəm. Mənə vacib olan insanlara diqqət ayırmağı çox sevirəm. Sonra idman zalına gedirəm və bir saat məşq edirəm - bu mənə stressi nəzarətdə saxlamağa kömək edir" - deyə, Cook bildirib.

Oprah Winfrey

Winfrey gərginlikdən qurtulmaq üçün qapalı bir yerə çəkilir - məsələn, şkaf. O, deyir: "Harda oluramsa olum oranın qapısını bağlayıram - Çikaqodakı köhnə ofisimdə olanda mən şkafa girirdim və sakitləşənədək orada qalıb sadəcə nəfəs alırdım" - deyə, televiziya aparıcısı və prodüser fikirlərini bölüşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR