Tusk Rusiyanı Avropanın strateji problemi adlandırıb

Tusk Rusiyanı Avropanın strateji problemi adlandırıb
08:47 14 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk bəyan edib ki, Rusiya Avropanın strateji tərəfdaşı deyil.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Financial Times yazıb.
“Mən demək olar ki, hər həftə Aİ-nin digər rəhbərlərinə Rusiyanın bizim strateji tərəfdaşımız olmadığını, strateji problemimiz olduğunu açıq şəkildə xatırlatmalı olurdum. Hətta bu mövzuya çox diqqət etdiyim üçün məni manyak adlandırırdılar”.
Onun sözlərinə görə, Avropa Şurasının rəhbəri kimi əsas məqsədlərindən biri Kremlin təcavüzkar siyasətinin qarşısını almaqla Avropa Birlyini qorumaq idi.
Rusiyaya qarşı sərt mövqeyin doğru olduğunu söyləyən Tusk bu ölkəyə qarşı sanksiyaların tətbiq etməyin faydalarından danışıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tusk-rusiyani-avropanin-strateji-problemi-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR