“Google” həkimlər üçün axtarış motoru quracaq

“Google” həkimlər üçün axtarış motoru quracaq
08:52 14 Noyabr 2019
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Texnologiya şirkətləri sağlamlıq sektoru ilə əlaqədar addımlar atmağa davam edir. Facebook bu yaxınlarda səhiyyə sektoru ilə bağlı xəbəri elan etmişdi. İndi isə Google şirkət daxilində bir sağlamlıq bölməsini qurduğunu elan etdi.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, şirkət daxilində Google Health adlı yeni bir bölmə yaradılıb. Bölmənin lideri David Feinberg yeni layihə ilə bağlı açıqlama verməkdən imtina edib. Ancaq şirkət, həkimlər üçün bir axtarış motoru inkişaf etdirməyə başlayacaq.Yaradılacaq axtarış sistemində həkimlər xəstə adları, xəstə yaşları, xəstələrin sağlamlıq keçmişi kimi axtarış seçimlərinə sahib olacaqlar.

İT şirkətləri məlumatlarından ən yaxşı şəkildə istifadə etmək üçün çalışırlar. Google dünyanın ən böyük məlumat bazalarından birinə sahib olmağının üstünlüklərindən istifadə etmək üçün işlərə başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR