Rusiyanın Blaqoveşensk şəhərində yerləşən kollecdə atışma olub.
Metbuat.az rus mediasına istinadən xəbər verir ki, baş verən atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Məlumata əsasən, polisə naməlum şəxs tərəfindən yaxınlıqdakı kollecdə atəş açıldığı çatdırılıb. Hadisə yerinə gələn polislər ikinci mərtəbədə silahla olan bir gənci görüblər. O, hüquq-mühafizə orqanların əməkdaşlarına tərəf bir neçə dəfə atəş açıb, nəticədə polis cavab atəşi açıb.
Polisin verdiyi açıqlamada qeyd edilib:
"Hadisə yerində iki gəncin, eyni zamanda atəş açan şəxsin cəsədləri tapılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər yaralanıb".