Uelsli futbolçu: “Azərbaycan millisinin nəyi yaxşı bacardığını bilirik”

Uelsli futbolçu: “Azərbaycan millisinin nəyi yaxşı bacardığını bilirik”
09:47 14 Noyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi Kardiffdəki matçda bizim üçün düşündüyümüzdən möhkəm komanda olduğunu göstərdi. Buna görə də onlara mütləq hörmətlə yanaşacağıq”.
“Report”un məlumatına görə, bunu “Sky Sports”a Uels yığmasının futbolçusu Harri Uilson AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda keçirəcəkləri oyun haqda danışarkən deyib.
Müqavilə ilə İngiltərənin “Liverpul” klubuna məxsus olan, lakin icarə əsasında Premyer Liqada çıxış edən digər komandanın – “Bornmut”un formasını geyinən 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini sentyabrın 6-da evdə 2:1 hesabı ilə üstələdikləri matça da toxunub: “Həmin görüşdə müdafiəni yaxşı qurmuşdular. Artıq onların nəyi yaxşı bacardıqlarını və qapılarına necə yol tapa biləcəyimizi bilirik. Son 2 qarşılaşmadakı çıxışımızı göz önünə alaraq, bizə qarşı ehtiyatlı oynayacaqlar”.
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə britaniyalılar son seçmə oyunda Macarıstanı qəbul edəcəklər. Hazırda 8 xalla E qrupunda 4-cü yerdə gedən Uels yığması bu qarşılaşmalardan qalib ayrılmasa, AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməyəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uelsli-futbolcu-azerbaycan-millisinin-neyi-yaxsi-bacardigini-biliri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR