Tanınmış aktrisa üçüncü dəfə ərə gedir

Tanınmış aktrisa üçüncü dəfə ərə gedir
09:57 14 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa Anna Faris üçüncü dəfə nikah masasında oturmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, kinoulduzunun operator Maykl Barretlə nişanlanıb. Bu günlərdə cütlük paparazzilərin hədəfinə tuş gəlib. 42 yaşlı aktrisanın barmağındakı tək qaşlı brilyant üzüyü nəzərlərdən yayınmayıb. Müxbirlər cütlüyü nişanlamaları münasibətilə təbrik etdikdə isə onlar təşəkkür etməklə kifayətləniblər.

Qeyd edək ki, bu aktrisanın üçüncü evliliyi olacaq. Onun ikinci evliliyindən bir övladı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/802113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR