İrandan Azərbaycana 25 kq-a yaxın narkotik gətirilməsinin qarşısı alınıb, saxlanılan var

İrandan Azərbaycana 25 kq-a yaxın narkotik gətirilməsinin qarşısı alınıb, saxlanılan var
09:57 14 Noyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb. 
DSX-nin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “meta­mfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götü­rülb. 
Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gəti­rən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb. 
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycana-25-kq-a-yaxin-narkotikin-getirilmesinin-qarsisi-alinib-sa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR