İran sərhədində ƏMƏLİYYAT: 25 kq narkotiki Azərbaycana keçirmək istəyərkən saxlanıldı

İran sərhədində ƏMƏLİYYAT: 25 kq narkotiki Azərbaycana keçirmək istəyərkən saxlanıldı
10:08 14 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində keçirilən əməliyyat-axtarış və qoşun tədbirləri nəti­cəsində meşəlikdə gizlədilən 1 ədəd qara rəngli çanta aşkar olu­naraq götürülüb.

DSX-nin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, çantaya baxış zamanı ümumi çəkisi 24 kq 785 qram olan (13 kq 240 qr “heroin”, 1 kq 535 qr “meta­mfitamin”, 10 kq 10 qr “tiryək” və 1500 ədəd “metadon-40” həb) narkotik vasitələr aşkarlanaraq götü­rülb.

Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sım kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycana gəti­rən İran vətəndaşı 1982-ci il təvəllüdlü Əzimi Əhməd Əmənulla saxlanılıb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/296083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR