Dünyadakı milyarderlərin statistikası: Son 5 ildə ilk dəfə... - ARAŞDIRMA

İsveçrənin "UBS" bankı və "PricewaterhouseCoopers" (PwC) tərəfindən hazırlanan "Milyarderlər Hesabatı 2019" adlı maraqlı bir araşdırma yayımlanıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, 2013-2018-ci illər arasında dünyadakı milyarderlərin aktivləri 34,5% artaraq 8,5 trilyona çatıb. 2013-cü il ilə müqayisədə milyarder sayı keçən il 38,9% artaraq 2101 olub.

2013-2018-ci illər arasında yaşanan böyümədən sonra ilk dəfə keçən il geriləmə müşahidə edilib. Güclü dollar və dalğalı sərmayə bazarı səbəbindən milyarderlərin aktivləri 2018-ci ildə 388 milyard dollar azalaraq 8,5 dollar olub.

Araşdırmaya görə, ən böyük sərvət itkiləri Asiyada müşahidə edilir. Asiya milyarderlərinin sərvəti 2018-ci ildə bir il əvvəlki ilə müqayisədə 8% azalaraq 2,5 trilyon dollara düşüb. Çinli milyarderlərin sərvəti isə 6% azalaraq 1,4 dollar olub.

Dünyanın ən çox milyarderin mövcud olduğu ABŞ-da kı milyarderlərin sərvəti isə 2018-ci ildə 0,1% artaraq 3,6 trilyon dollara çıxıb. Eyni dönəmdə Avropa milyarderlərinin sərvəti 19% artım göstərib və 1,7 trilyon olub. Rusiyada isə milyarderlərin aktivləri 2,9% azalaraq 421 milyard dollara düşüb.

"UBS" ve "PwC" tərəfindən hazırlanan araşdırmada 43 ölkədən 2 min 101 milyarderə aid məlumatların incələndiyini bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR