Çevrilişi ABŞ hazırlayıb - Morales

Boliviyadakı dövlət çevrilişinə ABŞ zəmin yaradıb.

Mətbuat.az xəbər verir ki, bu barədə ölkənin keçmiş lideri Evo Morales danışıb.

“Boliviyalı qardaşlarımın ölümünə səbəb olan dövlət çevrilişi ABŞ-dan gələn siyasi və iqtisadi sui-qəsddir”, - Morales bildirib.

Qeyd edək ki, Evo Morales 2008-ci ildə ABŞ səfirini Boliviya hökumətinə qarşı çevriliş planı hazırlamaqda ittiham edərək ölkədən qovmuşdur. Həmin hadisə ilə əlaqədar işlədilən "Dünyada dövlət çevrilişi baş verməyəcək yeganə ölkə Birləşmiş Ştatlardır. Çünki bircə bu ölkədə Amerika səfirliyi fəaliyyət göstərmir" ifadəsi də Evo Moralesə aiddir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR