Bakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilir

Bakıda sahibkarların maliyyə bazarlarına çıxışına həsr olunmuş forum keçirilir
10:37 14 Noyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın təşkilatçılığı ilə “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilir.
"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə KOBİA-nın İdarə Heyətinin sədri (KOBİA) Orxan Məmmədov açıb.
O bildirib ki, maliyyə bazarlarına çıxış hər bir sahibkarı maraqlandırır: “Bu baxımdan KOBİA yanında İctimai Şuranın iştirakı ilə təşkil edilən tədbirlərə önəm veririk. Bu səpkidə mütamadi olaraq bir sıra görüşlər keçirilir".
O.Məmmədovun sözlərinə görə, bu gün kiçik və orta biznes subyektlərinin əsas çətinlikləri maliyyə resurslarına çıxışla bağlı məsələdir: “Agentliklə banklar arasında daha sıx əməkdaşlığın qurulması bu sahəyə öz töhfəsini verəcək”.
Qeyd edək ki, müxtəlif bankların, bank olmayan kredit təşkilatlarının, kredit ittifaqlarının, eləcə də Azərbaycan Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və KOBİA-nın nümayəndələrinin iştirakı ilə təşkil olunmuş Forumda sahibkarların maliyyə bazarlarına çıxışı ilə bağlı aktual məsələlər, maliyyə təşkilatları tərəfindən göstərilən xidmətlər, dövlət və özəl qurumların təqdim etdiyi mövcud və alternativ maliyyələşdirmə mexanizmləri ilə bağlı ictimai müzakirələr aparılması nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sahibkarlarin-maliyye-bazarina-cixisina-hesr-olunmus-forum-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR