Müsavatdan açıqlama -

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı saxta mühacir sənədi düzəltməkdə ittiham olunaraq Almaniyada saxlanılan müsavatçılar barədə açıqlama verib.

Mətbuat.az xəbər verir ki, G. Aslanlı məsələ ilə əlaqədar bildirib ki, bu barədə Almaniya polisinin məlumatı yayılıb:

“Bundan sonra, həmin məlumata bir sıra şəxslər şərh verib. Ona görə də mən polisin məlumatını tam dəqiqləşdirməyənə kimi heç bir söz deyə bilməyəcəm. Çünki rəsmi məlumat ayrıdır, kiminsə fikirləri ayrıdır. Partiya olaraq kiminsə saxlanılması haqqında dəqiq bir məlumatımız yoxdur”.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR