Bu ilin əvvəlindən Azərbaycanın bank sektoruna 2 milyard manata yaxın kapital qoyulub

Bu ilin əvvəlindən Azərbaycanın bank sektoruna 2 milyard manata yaxın kapital qoyulub
11:32 14 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ilin əvvəlindən Azərbaycanın bank sektoruna 1,9 milyard manat kapital inyeksiyası həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov məlumat verib.
“Hazırda ölkədəki 30 bankın 14-də xarici kapital mövcuddur və ineksiya edilən 1,9 milyard manat kapitalın 1 milyard manatı xarici kapitallı bankların payına düşüb. Bunun 800 milyon manatı yeni (“Fresh”) kapitaldır”, - deyə o, qeyd edib.
“2017-ci ilin II yarısından başlayaraq Azərbaycanda bank əmanətlərinin azalması dayanıb və əmanətlər artmağa başlayıb. Həmin vaxtdan bank sektorunda ilkin müsbət trendlərin şahidi olduq. Təbii ki, 2017-2019-cu illərdə aparılmış instusional və hüquqi islahatlar, kapitallaşma problemlərinin aradan qaldırılması bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi rol növbəti dövrlərdə biznes-bank münasibətlərini yeni müstəviyə çıxardı”, - deyə İ.Alışov əlavə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-bank-sektoruna-2-milyard-manata-yaxin-kapital-qoyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR