Qadın müştərinin çılpaq fotosunu oğurladı, işdən qovuldu - "Apple" şirkətində skandal

"Apple" şirkətinin bir işçisi telefonunu təmir etdirmək üçün mağazaya gələn qadının şəxsi şəkillərini oğurlayıb.

Metbuat.az xarici emdiaya istinadən xəbər verir ki, bu hadisə ABŞ-ıda Kaliforniya ştatında meydana gəlib. Telefonun ekranını dəyişdirmək üçün gələn qadın evə qayıtdıqda özəl bir fotosunun oğurlandığını görüb. Belə ki, fotonu götürən şəxs onu sosial mediadan təkrar qadına göndərib. Bundan sonra qadın polisə müraciət edib.

Qloria Elisa adlı qadın hadisəni "Facebook" üzərindən yayımlayıb. O bildirib ki, sözügedən fotonu 1 il öncə sevgilisinə göndərmək üçün çəkibmiş.

"Apple" şirkətindən verilən açıqlamada hadisə təsdiq edilib və həmin işçinin qovulduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR