Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ - ABŞ-dan ŞOK QƏRAR

Ərdoğan bir addımla ermənilərin 100 illik planını MƏHV ETDİ - ABŞ-dan ŞOK QƏRAR
12:13 14 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə baş tutan görüşdən sonra gözlənilməz hadisə olub.

Publika.az xəbər verir ki, Konqresin demokrat senatoru Bob Menendez 1915-ci ildə Osmanlıda baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyan qərar layihəsinin məclisdə səsverməyə çıxarılmasını tələb edib.

Respublikaçı senator Lindsi Qraham isə səsverməni veto edib. O, verdiyi açıqlamada “Qısa müddət əvvəl Türkiyənin hərbi əməliyyatına görə Suriyada qarşılaşdığımız problemlər haqqında prezident Ərdoğan və Tramp ilə görüşdüm. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan bir araya gələr və bu problemi müzakirə edər. Senatorlar tarixi yenidən yazmamalıdır və onu baş verdiyindən fərqli göstərməməlidir. Qərar keçmişə baxaraq deyil, Türkiyə-ABŞ münasibətlərinə baxaraq alınıb”.

Qrahamın sözügedən qərarının Ərdoğanın senatorlarla görüşündən sonra açıqlaması diqqət çəkib.

Qeyd edək ki, ABŞ Senatında səsverməyə çıxarılacaq hər hansı layihə bir senator tərəfindən belə veto edilə bilir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası 29 oktyabrda 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan layihəni səsvermə ilə qəbul etmişdi.

Palatanın demokratçı senatoru Adam Şiff tərəfindən aprel ayında təqdim edilən layihəyə 11 senator “yox”, 405-i isə “hə” demişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/296095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR