Azərbaycanda sənaye məhsulu istehsalı artıb

Azərbaycanda sənaye məhsulu istehsalı artıb
13:29 14 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artıb.

Sənaye məhsulunun 70,3 faizi mədənçıxarma sektorunda, 24,9 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 27,8 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3 faiz, hazır metal məmulatlarının istehsalı 83,5 faiz, tütün məmulatlarının istehsalı 67,6 faiz, içkilərin istehsalı 39,5 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 37,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,4 faiz, mebel istehsalı 29,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 26,5 faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının istehsalı 23,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7 faiz, əczaçılıq məhsullarının istehsalı 20,8 faiz, qida məhsullarının istehsalı 13,9 faiz, geyim istehsalı 12,0 faiz, elektrik avadanlıqlarının istehsalı 6,8 faiz, maşın və avadanlıqların istehsalı 4,5 faiz, tikinti materiallarının istehsalı 3,8 faiz artmış, neft məhsullarının istehsalı 4,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 10,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 26,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,4 faiz artıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3148646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR