Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilmiş spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilmiş spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb
13:32 14 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan gömrükçüləri xeyli miqdarda aksiz markasız müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, Baş Gömrük İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Məlumat əsasında Yasamal rayonu ərazisində yerləşən 17 mərtəbəli yaşayış binasının yeraltı dayanacağında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Yeraltı dayanacaqdakı iki otaqlı qarajda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan hər biri 1 litrlik olmaqla 268 ədəd "Moskovskaya", 7 ədəd "President", 10 ədəd "12 Ouzo" və 217 ədəd "Vodka Marya Morevna" markalı spirtli içkilər aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən şəxs təhqiqata cəlb edilib.
Hazırda üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan məhsulların satış məqsədilə saxlanılması əməllərini törədən digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/spirtli-ickilerin-realize-edilmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR