Nursultan Nazarbayevin qızı Ermənistana gedib

Nursultan Nazarbayevin qızı Ermənistana gedib
13:42 14 Noyabr 2019
117 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan parlamenti Senatının sədri Dariqa Nazarbayeva Ermənistana rəsmi səfərə gedib.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
Səfər Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın dəvəti ilə həyata keçirilir. 
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri və parlamentlərarası münasibətlərin inkişafının perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, Dariqa Nazarbayeva Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin qızıdır.


Xəbərin orijinal ünvanı: https://report.az/region/nursultan-nazarbayevin-qizi-ermenistana-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR