Bu il yol qəzalarında 557 nəfər ölüb

Bu il yol qəzalarında 557 nəfər ölüb
13:50 14 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 2 faiz azalaraq 1735 nəfər olub.

Onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb. Hadisələrin 46,2 faizi gündüz, 36,1 faizi gecə, 17,7 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2 faiz azalaraq 1135 nəfər olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3148615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR