9 ayın YOL "TERRORU" - 557 ölü, 1178 yaralı

9 ayın YOL "TERRORU" - 557 ölü, 1178 yaralı
14:08 14 Noyabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1274 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu hadisələr nəticəsində zərərçəkən şəxslərin sayı 2 faiz azalaraq 1735 nəfər olub.

Onlardan 557-si həlak olub, 1178-i isə yaralanıb. Hadisələrin 46,2 faizi gündüz, 36,1 faizi gecə, 17,7 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz azalaraq 399 nəfər, yaralananların sayı isə 3,2 faiz azalaraq 1135 nəfər olub. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/296116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR