Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi

Vergi Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul edildi
14:12 14 Noyabr 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər əhatəsinə, miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.

Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur ki, dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxununşda qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/802198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR