Müsavat başqanının sabiq müavini siyasi mühacir alveri barədə: “Qarşısını almağa çalışırdıq”

Müsavat başqanının sabiq müavini siyasi mühacir alveri barədə: “Qarşısını almağa çalışırdıq”
14:12 14 Noyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

“Son iki ildə azsaylı həmfikirlərimlə birlikdə Müsavat Partiyası daxilində apardığım mübarizənin nə qədər ağır olduğunu təsəvvür edə bilməzsiniz. Bu iki ildə baş verənlər mənəvi cəhətdən daha ağır idi”.

“Report” xəbər verir ki, bunu Müsavat Partiyası başqanının sabiq müavini, partiyanın başqan seçkilərində namizəd olan Yadigar Sadıqlı öz facebook statusunda yazıb.
O bldirib ki, illərlə çiyin-çiyinə mübarizə apardığın insanların eyhamına, şərinə, böhtanına, təhqirinə dözmək çox ağır idi.
“Hökumətdən mən şəxsən bu qədər böhtan və təhqir eşitməmişəm. Halbuki özümüz üçün heç nə istəmirdik. Bu gün baş verənləri sadəcə ehtimal edirdik və qarşısını almağa çalışırdıq. Bütün istədiyimiz Müsavat üçün idi, bütün təlaşımız Müsavatın adına, nüfuzuna görə idi. Hər nəyə əlimizi yelləyib sakit dura bilərdik. Amma məzarları Fransadan Sibirə qədər bütün Avrasiya materikinə səpələnən o əski müsavatçıların ruhu qarşısında duyduğumuz məsuliyyət imkan vermirdi. İçimi dağıdırdı o məsuliyyət. Çox təəssüf ki, bacarmadım” - Y.Sadıqlı deyib.
Qeyd edək ki, ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, Müsavat Partiyasının üzvü Elşən Abdullayev də var.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/musavat-basqaninin-sabiq-muavini-siyasi-muhacir-alveri-barede-danisdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR