Kərim ona gələn təkliflərdən danışdı: “Bəylər mənə yazır” - VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi ifaçı Kərim Abbasov olub.

Mətbuat.az bildirir ki, müğənni sosial şəbəkələrdə saxta izləyici yığan şou əhlini ələ salıb:

“Əlimlə pul verim ki, izləyicim çox olsun? Sevgini pulla alırlar? Belə çıxır ki, mən özümü aldadıram. Haqqımda fikir bildirirlərsə demək onlardan öndəyəm. Müğənnilərin hamısını izləyirəm. Məni istəməyənlərə belə “like” atıram. Qoy sevinsin, xoşbəxt olsun. “İnstagram”ın mesaj bölməsində mənə hər mövzuda təkliflər gəlir. Xanımlar, bəylər, yaşlı, cavan fərq etmir hamı mənə yazır”.

Sənətçi, həmkarı Natavan Həbib ilə olan soyuq münasibətinə də münasibət bildirib:

“Təzəliklə Natavanı izləməyə başlamışam. Arxiv şəklimizi paylaşdım. Rəylər bölümündə söhbət etdik. Sonra başladım onu izləməyə”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR