Ordumuzdan güc nümayişi

Ordumuzdan güc nümayişi
18:26 16 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycan hərbçiləri Türkiyə, Rusiya və Qazaxıstan Silahlı Qüvvələrinin iştirakı ilə ikitərəfli və çoxtərəfli birgə hərbi təlimlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilənj məlumata görə, 2015-ci ildə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Türkiyədə iki hərbi təlimin keçirilməsi nəzərdə tutulur.

"IŞIK-2015" və "Anadolu Kartalı-2015" adlanan Hərbi Hava Qüvvələri təlimlərində iki ölkənin hərbçilərinin birgə əməliyyatlar keçirmə imkanları artırılacaq.

Eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək Milli Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin heyətinin iştirakı da planlaşdırılır.

Bundan başqa, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi nəzərdə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR