Azərbaycanlı sürücü Rusiyada qəzaya düşdü

Azərbaycanlı sürücü Rusiyada qəzaya düşdü
15:42 14 Noyabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Dağıstan Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Həştərxan-Mahaçqala magistralında qeydə alınan qəza zamanı "Kia Rio" markalı minik maşını əks yola çıxaraq, "Mercedes" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin 32 yaşlı sürücüsü hadisə yerində ölüb. Yük maşınının 39 yaşlı Azərbaycan vətəndaşı tərəfindən idarə edildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/802205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR